Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırıbbackend

Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırıb

Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi zərurətini nəzərə alaraq, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

OnlinePress.az-a daxil olan məlumata görə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti 1 aylıq əmək haqqının 50%-ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin həyata keçirilməsinə dəstək göstərməkdir.

Xatırladaq ki, koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına, onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

 

OnlinePress.az

  •  (0)
  •  (0)