DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib – FOTObackend

DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib - FOTO

2020-ci ildə yaradılmasının 13-сü ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

İyun ayının 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

Dövlət Himninin ifası ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilib.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ildə DSX Akademiyasının açılış mərasimindəki çıxışında sərhədçilər qarşısında qoyduğu – şəxsi heyətin döyüş və peşəkar hazırlığının gücləndirilməsi, bilikli, savadlı və vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq zabitlərin yetişdirilməsi kimi tapşırıqların ən yüksək səviyyədə icra olunduğu, görülmüş tədbirlər nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının təkcə ölkəmizin deyil, regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qürurla vurğulan­ıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmış, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə daima hazır olmaları xüsusi vurğulanıb.

DSX Akademiyasını bitirən leytenantlara diplomlar təqdim olunub və gənc za­bitlər “Sərhədçi andı”nı qəbul ediblər.

Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

  •  (0)
  •  (0)