DSX: Düşmən təxribatının qarşısı alındıbackend

DSX: Düşmən təxribatının qarşısı alındı

27 mart tarixində saat 12:00 radələrindən başlamaqla, Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.

 

OnlinePress.az

  •  (0)
  •  (0)