Elmar Məmmədyarov İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun iclasında iştirak edəcəkbackend

Elmar Məmmədyarov İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun iclasında iştirak edəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupu iyunun 22-də xarici işlər nazirlərinin iştirakı ilə təcili iclas keçirəcək.

Videokonfrans şəklində keçiriləcək iclasda bölgədəki vəziyyəti müzakirə olunacaq.

OnlinePress.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mətbuat xidməti məlumat yayıb.

Görüşdə Təmas Qrupuna daxil olan ölkələrdən Azərbaycan, Niger, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə rəsmiləri iştirak edəcək.

İƏT-in Baş katibi Yusif Əl Osaymin bildirib ki, videokonfrans Təmas Qrupunun mövcud problemin həlli istiqamətində keçirdiyi iclasların davamıdır.

Qeyd edək ki, Cəmmu və Kəşmir üzrə Təmas Qrupu 1994-cu ildə İƏT-in bölgədə siyasətini əlaqələndirmək üçün yaradılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)