Elxan Məmmədov AVRO-2020 ilə bağlı quraşdırılacaq fan-zonalardakı qiymətlərdən danışdıbackend

Elxan Məmmədov AVRO-2020 ilə bağlı quraşdırılacaq fan-zonalardakı qiymətlərdən danışdı

Bu gün AFFA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında AVRO-2020 ilə bağlı Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

OnlinePress.az  xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov əməkdaşlığa görə sevindiklərini bildirib:

“Kiçik və orta biznes subyektləri açılacaq fan-zonalarda ictimai-iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13-21 iyunda keçiriləcək. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram”.

AFFA-nın icraçı-vitse prezidenti və baş katibi Elxan Məmmədov isə bildirib ki, fan-zonalara giriş açıq olacaq:

“Ötən il Avropa Liqasının finalı ilə bağlı Azərbaycana 38 min insan gəlib. İndi isə AVRO-2020 üçün daha çox insanın gələcəyi gözlənilir. Bu, UEFA-nın tədbiri olsa da, fan-zonalarda qiymətlər yüksək olmayacaq. Burada məhsulların satışı Azərbaycan standartlarına uyğun həyata keçiriləcək”.

  •  (0)
  •  (0)