Əməkdaşı koronavirusa yoluxan ATV-dən AÇIQLAMAbackend

Əməkdaşı koronavirusa yoluxan ATV-dən AÇIQLAMA

“Əməkdaşımız hərarəti olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.

Bunu “Azad Azərbaycan”ın icraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir.

“Bildiyiniz kimi, test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik ki, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq.

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub”.

İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

“Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qrupunda fəaliyyət göstərənlərdəndir”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)