Ermənistanda hərbçiləri daşıyan maşın kül oldu: Polkovnik öldübackend

Ermənistanda hərbçiləri daşıyan maşın kül oldu: Polkovnik öldü

Ermənistanda Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimlərini daşıyan avtomobilin alışıb yanması nəticəsində dörd hərbçi yanıq xəsarətləri alıb. Onlardan biri – 57 yaşlı polkovnik Ovik Kosakyan ölüb.

“Arminfo” xəbər verir ki, hadisə Eçmiədzin şəhərində baş verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə mayın 20-də saat 17:00 radələrində baş verib.

Hərbçiləri daşıyan avtomobil yoldan çıxaraq aşıb və yanmağa başlayıb.

Yanğınsöndürənlər O.Kosakyanın yanmış meyitini maşından çıxarmalı olub.

 

OnlinePress.az

  •  (0)
  •  (0)