Fermada saxlanılan heyvanlar insanı koronavirusa yoluxdurdubackend

Fermada saxlanılan heyvanlar insanı koronavirusa yoluxdurdu

Niderlandda yerləşən heyvandarlıq fermasında su samurundan insanın koronavirusa yoluxması halı qeydə alınıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Aprel ayında Niderlandın Kənd Təsərrüfatı Nazirliyi Şimali Brabant əyalətində yerləşən iki fermada samurlarda COVID-19-un aşkarlandığını açıqlamışdı. Ölkədə həmin virusun ən çox yayıldığı yerlərdən biri hesab olunan bu bölgədə ümumilikdə 20 mindən artıq su samuru saxlanılır.

Samurlar xəstəlik simptomları aşkar olunduqdan sonra test edilib, onlarda nəfəsalmada çətinlik müşahidə olunub. Bundan sonra ehtiyat tədbirləri çərçivəsində fermalara giriş məhdudlaşdırılıb. Buna baxmayaraq, mütəxəssislər COVID-19-un heyvandan insana keçməsi riskinin olmadığını bildiriblər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)