Hacıqabulda avtomobil aşdı: Ata öldü, oğul yaralandıbackend

Hacıqabulda avtomobil aşdı: Ata öldü, oğul yaralandı

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 3-də saat 17 radələrində Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə, sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)