Hindistan Çinlə gərginliyə görə S-400-lərin alışını tezləşdirmək istəyirbackend

Hindistan Çinlə gərginliyə görə S-400-lərin alışını tezləşdirmək istəyir

Hindistan hakimiyyəti Çinlə sərhəddə artan gərginlik səbəbindən Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemlərinin ən qısa müddətdə ölkəyə çatdırılmasını təşkil etmək niyyətindədir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin iddiasına görə, bu günlərdə məhz sözügedən məqsədlə Hindistanın Müdafiə naziri Racnath Sinqh Moskvaya gəlib. Səfər çərçivəsində vəziyyət Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə müzakirə olunacaq.

Hindistan tərəfinin həmçinin Rusiyadan 33 yeni MiQ-29 və SU-30MKİ təyyarəsi almaqda maraqlı olduğu qeyd edilib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)