İcra başçısının iştirakı ilə Suraxanıda reydlər – Fotolarbackend

İcra başçısının iştirakı ilə Suraxanıda reydlər - Fotolar

İyulun 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri davam etdirilib.

OnlinePress.az xəbər verir ki, əhalinin sıx olduğu məkanlarda, rayonun ictimai-iaşə və ticarət obyektlərində, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Rayon ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha sakinlərin diqqətinə çatdırılıb.

Eyni zamanda ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunaraq bir daha əhali arasında sosial məsafənin gözlənilməsi, lazımi fərdi qoruyucu vasitələrdən və dezinfeksiyaedici maddələrdən istifadə olunması, həmçinin gigiyena tələblərinə ciddi riayət edilməsi barədə göstərişlər verilib.




  •  (0)
  •  (0)