İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdibackend

İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 589; 2016, № 8, maddə 1372) ləğv edilsin”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)