İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında – FOTObackend

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında - FOTO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

AZƏRTAC xəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

  •  (0)
  •  (0)