İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Ruslan Abışov komissiya üzvü oldubackend

İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Ruslan Abışov komissiya üzvü oldu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq, İdmançılar Məsləhətçi Komissiyasını təsis edib.

OnlinePress.az xəbər verir ki, ölkə idmanının müxtəlif sahələrindən idmançıları özündə cəmləşdirən komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.

Tərkibi təsdiqlənən komissiya 12 idmançıdan ibarətdir. Qeyd olunan idmançıların 10-u respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilənlərdir.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsiplərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının tərkibini aşağıdakı idmançılar təşkil edir:

Açıq elan əsasında üzv seçilən idmançılar

İlham Zəkiyev – Para-Cüdo

Hacı Əliyev – Güləş

Respublika idman federasiyaları tərəfindən seçilən idmançılar

Rəsul Çunayev – Güləş

Fəridə Əliyeva – Karate

Fuad Qurbanov – Atıcılıq

Aynur Məmmədova – Para-Taekvando

Nazim Babayev – Atletika

Ayan Xankişiyeva – Velosiped

Siyana Vasilyeva – Gimnastika

Kamran Şahsuvarlı – Boks

Rüstəm Orucov – Cüdo

Ruslan Abışov – Futbol

Qeyd edək ki, komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.

 

OnlinePress.az

  •  (0)
  •  (0)