İranda koronavirus qurbanlarının sayı 10 min nəfəri keçdibackend

İranda koronavirus qurbanlarının sayı 10 min nəfəri keçdi

İranda ötən sutka ərzində 2 595 nəfərdə yeni koronavirus infeksiyası aşkarlanıb. Virusa yoluxanların ümumi sayı 215 096 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 134 nəfər həyatını itirib, beləliklə, pandemiya dövründə qurbanların ümumi sayı 10 030 nəfər olub.

175 103 nəfər sağalaraq evə buraxılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)