İranda koronavirusa yoluxanların sayı 15 minə çatırbackend

İranda koronavirusa yoluxanların sayı 15 minə çatır

İranda sutka ərzində koronavirusdan 129 nəfər ölüb. Bununla da 14 991 yoluxma halının qeydə alındığı ölkədə qurbanlarının sayı 853-ə çatıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İranın Səhiyyə nazirinin müşaviri Əli Reza Vahabzadə danışıb.

“Ötən gündən 1053 yoluxma halı qeydə alınıb. Koronavirusa yoluxanların sayı ümumilikdə 14991-ə çatıb. Ötən sutka 129 nəfər ölüb, qurbanların sayı 853-ə çatıb”, – Vahabzadə bildirib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)