İspaniyada koronavirusdan ölüm rekord həddə çatdıbackend

İspaniyada koronavirusdan ölüm rekord həddə çatdı

İspaniyada koronavirusdan gün ərzində 738 nəfər ölüb.

“HaberGlobal” məlumat verir ki, ölkədə virusdan ölənlərin sayı 3434-ə yüksəlib.

Statistikaya görə, İspaniyada koronavirusdan martın 19-u 169, 20-si 215, 21-i 344, 22-si 394, 23-ü 462, 24-də isə 514 nəfər həyatını itirib.

Ölkənin Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxanların və ölənlərin sayında bu həftə ciddi artım olacağını açıqlayıb və insanlardan psixoloji baxımdan bu vəziyyətə hazır olmalarını istəyib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)