Türkiyədə baş verən yol nəqliyyat hadisəsi nəticəsində üç azərbaycanlı ölübbackend

Türkiyədə baş verən yol nəqliyyat hadisəsi nəticəsində üç azərbaycanlı ölüb

Türkiyənin Trabzon vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində üç azərbaycanlı ölüb.

“Haber61” məlumat verir ki, hadisə Trabzon şəhərindən Of qəsəbəsinə gedən yolda baş verib.

Çay plantasiyasında işləyən azərbaycanlıların olduğu avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan üç həmyerlimiz hadisə yerində ölüb. Qəza nəticəsində avtomobili idarə edən sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

  •  (0)
  •  (0)