İstanbulda itkin düşən azərbaycanlı yeniyetmə tapıldıbackend

İstanbulda itkin düşən azərbaycanlı yeniyetmə tapıldı

İki gün əvvəl Türkiyənin İstanbul şəhərində itkin düşən Azərbaycan əsilli yeniyetmə qız hüquq-mühafizə orqanlarının axtarışları nəticəsində Beşiktaş rayonunda tapılıb.

“Beşiktaş Medya Grup” xəbər verir ki, hadisə barədə Beşiktaş bələdiyyəsinin rəhbəri Önder Bakan “Twitter” səhifəsində məlumat yayıb.

“İyunun 15-də itkin düşmüş əslən Azərbaycandan olan qızımız polislərimizin səyi nəticəsində tapılaraq, sağ və salamat ailəsinə təhvil verilib”, – deyə Ö.Bakan hadisə barədə yazıb.

  •  (0)
  •  (0)