İsveçdə daha bir azərbaycanlı koronavirusdan öldü – FOTObackend

İsveçdə daha bir azərbaycanlı koronavirusdan öldü - FOTO

İsveçdə koronavirus pandemiyasından daha bir azərbaycanlı ölüb.

OnlinePress.az xəbər verir ki, bununla bağlı  İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand “Facebook” hesabında məlumat verib.

O bildirib ki, azərbaycanlı gecə saatlarında Stokholmda vəfat edib.

Report-un məlumatına görə, vəfat edən şəxs əslən Neftçala rayonundan olan 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğludur.

Qeyd edək ki, bundan əvvəl İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan vəfat edib.

  •  (0)
  •  (0)