Kirk Duqlas övladlarına miras saxlamadıbackend

Kirk Duqlas övladlarına miras saxlamadı

104 yaşında dünyasını dəyişən amerikalı aktyor Kirk Duqlas var-dövlətini xeyriyyə təşkilatlarına bağışlayıb.

“Mirror” xəbər verir ki, Hollivudun “qızıl dövrünün” aktyoru benefisiarları Kirk və Anna Duqlasın Uşaq Mərkəzi, Kalver-Sitidəki Kirk Duqlas adına teatr və Los-Anceles uşaq xəstəxanası olan xeyriyyə fondunun hesabına 80 milyon ABŞ dolları yatırıb.

Aktyorun var-dövlətinin bir hissəsi Nyu-Yorkda yerləşən Müqəddəs Lavrentiy universitetinə yönəldilib.

Onun uşaqları – aktyor Maykl Duqlas, kinoprodüser Coel Duqlas və televiziya prodüseri Piter Duqlas mirassız qalıblar.

 

OnlinePress.az

  •  (0)
  •  (0)