Koronavirusa görə İran həbsxanalarından 85 min məhbus azad edilibbackend

Koronavirusa görə İran həbsxanalarından 85 min məhbus azad edilib

İran həbsxanalarından koronavirusla əlaqədar olaraq 85 minə yaxın məhbus sərbəst buraxılıb. “RİA Novosti”nin verdiyi məlumata görə, ölkənin məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili bu barədə bəyan edib.

“Bu günə kimi 85 min məhbus azad edilib”, – deyə o bildirib.

Qeyd edək ki, İranda koronavirusa yoluxma barədə ilk dəfə fevralın 19-da məlumat verilib. Həmin vaxtdan epidemiya ölkənin bütün vilayətlərini əhatə edib. Ümumilikdə, 15000 yoluxma halı var, 853 nəfər ölüb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)