Koronavirusa inanmayan dünyanın bir nömrəli tennisçisinin testinin cavabları müsbət çıxdıbackend

Koronavirusa inanmayan dünyanın bir nömrəli tennisçisinin testinin cavabları müsbət çıxdı

Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviçin koronavirus testinin cavabları müsbət çıxıb.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb. Cütlüyün uşaqlarının test cavabları hələ məlum deyil.

Qeyd olunur ki, Xorvatiyada keçirilən “Adria Tour” tennis turnirində çıxış edən Novak Cokoviçin komanda yoldaşı və onunla sıx əlaqədə olan Qriqor Dimitrov COVID-19 virusuna yoluxduğunu açıqlayıb.

Bu hadisədən dərhal sonra komandanın baş məşqçisi Qoran İvanişeviç də koronavirus testindən keçib və nəticə mənfi olub.

Bundan başqa, Viktor Troitskidə və hamilə xanımında, Borna Çoriçdə, həmçinin Cokoviçin fitnes-məşqçisində koronavirus müəyyən olunub.

Xatırladaq ki, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç koronavirus analizi verməkdən imtina etmişdi.

O, ümumiyyətlə, COVID-19-a qarşı vaksinasiya və peyvəndin qəti əleyhdarıdır. Hətta fikrini təsdiqləmək üçün vətəni Serbiyada və qonşu Xorvatiyada turnir təşkil edib. Nəticə isə göz qabağındadır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)