Koronavirusa yoluxanların sayı 9,5 milyonu ötdü – STATİSTİKAbackend

Koronavirusa yoluxanların sayı 9,5 milyonu ötdü - STATİSTİKA

Dünyada 9 532 038 insan koronavirusa yoluxub.

Virusa yoluxan 485 122 nəfərin öldüyü, 5 178 999-nun sağaldığı məlumdur.

Virusa yoluxma sayına görə ABŞ (2 462 554 nəfər) ölkələr arasında liderliyini qoruyur. Ondan sonrakı yerlərdə Braziliya (1 192 474 nəfər) və Rusiya (606 881 nəfər) qərarlaşıb.

İran hələ də 10-cu sıradadır. Bu dövlətdə virusa yoluxan 212 501 nəfərin 9 996 nəfəri ölüb, 172 096-sı sağalıb.

Türkiyə isə ötən günlərə nisbətən aşağı sıralara enib. Burada 191 657 yoluxma qeydə alınıb.

Ermənistanda koronavirus 21 717, Gürcüstanda 914 nəfərdə müşahidə edilib.

Azərbaycanda koronavirusa yoluxan 14 305 nəfərdən 7 768-i sağalıb, 174 nəfər virusdan həyatını itirib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)