Koronavirusdan məşhur müdafiə üsulu ÜST-ün “qara siyahı”sında – FOTObackend

Koronavirusdan məşhur müdafiə üsulu ÜST-ün “qara siyahı”sında - FOTO

Dezinfeksiyaedici vasitələrin qapalı yerlərdə püskürdülməsi COVID-19 pandemiyası dövründə tövsiyə olunmur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Qorunmanın bu üsulu virusun maddələrin təsirinə birbaşa məruz qaldığı hallardan başqa heç bir effekt vermir. Üstəlik, gözlərə, tənəffüs sisteminə və dərinin qıcıqlanmasına səbəb ola bilər.

Hər hansı səthin dezinfeksiyası lazımdırsa, bunu xüsusi vasitələrlə isladılmış bezlə etmək daha yaxşıdır. Bundan əvvəl səthə yapışıb qalmış çirk qalıqlarını təmizləmək lazımdır.

“İnsanların olduğu yerlərdə (məsələn, dəhlizlərdə, ofislərdə və ya digər məkanlarda) püskürtmə heç bir vəziyyətdə tövsiyə edilmir. Bu, həm fiziki, həm də psixoloji baxımdan zərərli ola bilər, həmçinin, yoluxmuş insanın hava-damcı yolu ilə, yaxud birbaşa təmasla virusu yaymasının qarşısını almayacaq”, – deyə məlumatda qeyd olunub.

O da vurğulanıb ki, dezinfeksiyaedici maddələrin püskürdülməsi insanlarda bronxospazma, ürəkbulanmaya, qusmaya, həmçinin, göz və dəri qıcıqlanmasına səbəb ola bilər.

  •  (0)
  •  (0)