Koronavirusla bağlı SON STATİSTİKAbackend

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 8 583 838 nəfərdə koronavirus aşkar edilib.

456 428 nəfər virusdan həyatını itirib, 4 532 547 nəfər isə sağalıb.

Koronavirusa yoluxma (2 263 651 nəfər), ölüm (120 688 nəfər) və sağalma (930 994 nəfər) sayına görə hələ də ABŞ ilk sıradadır.

İkinci yerdə Braziliya (983 359 yoluxma, 47 869 ölüm, 520 360 sağalma) qərar tutub.

Yoluxma sayına görə üçüncü yerdə isə Rusiya (561 091 yoluxma) qərarlaşıb.

Azərbaycanın digər sərhəd qonşusu İran da ilk onluğa daxildir. 10-cu yerdə qərarlaşan İranda koronavirus 197 647 nəfərdə aşkarlanıb.

Virusun ilk yarandığı Çin 83 325 yoluxma sayı ilə 21-ci sıradadır.

Türkiyədə 184 031, Ermənistanda 18 698, Gürcüstanda 893 yoluxma müşahidə edilib.

Azərbaycanda koronavirus 11 329 nəfərdə aşkar edilib. Virusa yoluxan 139 nəfər ölüb, 6 192 nəfər sağalıb.

 

 

  •  (0)
  •  (0)