Kürdə 16 yaşlı gəncin meyiti tapıldıbackend

Kürdə 16 yaşlı gəncin meyiti tapıldı

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Bildirilir ki, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

OnlinePress.az

  •  (0)
  •  (0)