Lotereyada Pikassonun milyon avroluq əsərini qazandı – FOTObackend

Lotereyada Pikassonun milyon avroluq əsərini qazandı - FOTO

İtaliya vətəndaşı lotereyada Pikassonun əsərini qazanıb.

Bu barədə “La Repubblica” xəbər yayıb.

Bildirilir ki, 100 avro (186 AZN) dəyərində lotereya bileti italiyalı xanıma dəyəri 1 milyon avro (1 863 340 AZN) olan “Natürmort” əsərini qazandırıb.

“100 avroya Pikasso” aksiyası “Başqalarına yardım” Xeyriyyə Cəmiyyətinin rəhbərliyi altında “Christie’s” hərrac evi tərəfindən keçirilib.

Məlumata görə, lotereya sayəsində artıq 5 milyon avro (9 316 690 AZN) vəsait toplanıb. Bu məbləğ Afrikanın su ilə təmin olunmasına və təhsilə dəstək sahələrinə xərclənəcək.

İtaliyalı xanım isə hələlik rəsm əsərini özündə saxlayacağını, yaxud satacağını bildirməyib.

  •  (0)
  •  (0)