“Lukoil”də partlayış oldubackend

“Lukoil”də partlayış oldu

Bu gün günorta saatlarında Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən OnlinePress.az-a daxil olan məlumata görə, hadisə Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində yaşanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:25-də söndürülüb.

 

 

 

 

 

 

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (0)