“LUKoil”un vitse-prezidenti bütün ailə üzvlərini koronavirusa yoluxdurdubackend

“LUKoil”un vitse-prezidenti bütün ailə üzvlərini koronavirusa yoluxdurdu

Ötən həftə COVID-19 testi müsbət çıxan Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti Leonid Fedun ailə üzvlərini də koronavirusa yoluxdurub.

İş adamı bu barədə “RİA Novosti” agentliyinə verdiyi açıqlamada bildirib.

“Ailəm də mənimlə birgə xəstələnib, hər şey sürətlə inkişaf edir. Risklər var”, – deyə L.Fedun qeyd edib.

Moskvanın “Spartak” futbol klubunun sahibi əlavə edib ki, infeksiyanı real qəbul etmək və qorunmaq lazımdır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)