Maduro öz istefası üçün referenduma razılaşdı: “Küçələrə çıxıb imza toplayın”backend

Maduro öz istefası üçün referenduma razılaşdı: “Küçələrə çıxıb imza toplayın”

Venesuela Prezidenti Nikolas Maduro ölkədə öz istefası ilə bağlı referendum keçirməyə hazır olduğunu açıqlayıb.

Bu barədə o, “Twitter”də canlı yayımlanan çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, referendum 2022-ci ildə keçirilə bilər. Siyasətçi bildirib ki, ümumxalq səsverməsinin keçirilməsi üçün müəyyən sayda imza toplanmalıdır və referendum 10 yanvar 2022-ci ilə planlaşdırır.

N.Maduro qeyd edib ki, prezidentin istefası ideyasını dəstəkləyənlər küçələrə çıxıb imza toplaya bilərlər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)