Maduro Trampla danışıqlara hazır olduğunu açıqladıbackend

Maduro Trampla danışıqlara hazır olduğunu açıqladı

Venesuela Prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla danışıqlara hazır olduğunu bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Venesuela prezidenti danışıqların qarşılıqlı hörmət çərçivəsində baş tutmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, buna qədər D.Tramp Venesuela liderinin postundan getməsi ilə bağlı onunla danışmağa hazır olduğunu bildirmişdi.

Cavab olaraq N.Maduro lazım gələcəyi halda dialoqa hazır olduğunu vurğulamışdı.

 

OnlinePress.az

  •  (0)
  •  (0)