Magistraturaya proqram və ixtisas seçimi başa çatdıbackend

Magistraturaya proqram və ixtisas seçimi başa çatdı

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına proqram və ixtisaslaşma seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumilikdə təsdiq edilmiş ərizələrin sayı 11380 olub. Onlardan 10549-u Azərbaycan, 831-i rus bölməsidir.

Qeyd edək ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminə iyunun 8-dən başlanılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)