Mbappe koronavirusa görə “Real”a keçməyəcəkbackend

Mbappe koronavirusa görə “Real”a keçməyəcək

PSJ-nin hücumçusu Kilian Mbappe yaxın transfer mövsümündə Paris klubunu tərk etməməyə qərar verib.

Bu barədə “L’Equipe” nəşri yazıb.

İdmançının sözügedən qərarına koronavirus pandemiyası ilə bağlı yaranmış böhranın səbəb olduğu qeyd edilir.

Xatırladaq ki, PSJ-nin Mbappe ilə 2022-ci ilin yayına qədər müqaviləsi var. Oyunçunu transfer etməkdə Madrid “Real”ının maraqlı olduğu bildirilir. “Real” transferdən imtina etmək niyyətində deyil və oyunçu ilə 2021-ci ildə müqavilə bağlamağa cəhd göstərəcək.

 

OnlinePress.az

  •  (0)
  •  (0)