Məcburi karantinə alınan qadına üç nəfər təcavüz etdibackend

Məcburi karantinə alınan qadına üç nəfər təcavüz etdi

Məktəb binasında məcburi şəkildə təkbaşına karantinə alınan qadın üç nəfər tərəfindən təcavüzə uğrayıb.

“Haber Global”ın məlumatına görə, dəhşətli hadisə Nepalın karantinə alınan Lamkiçuha bölgəsində baş verib.

Bildrilir ki, 31 yaşlı miqrant qadın Hindistana məxsus texnologiya mərkəzindəki iş yerindən çıxarılaraq, karantin bölgəsinə gətirilib. Orada üç kişi qadının qaldığı otağa zorla giriblər.

Polisin məlumatına görə, artıq şübhəlilər saxlanılıblar. Onlardan biri tibb işçisi, digər ikisi isə  ərazidə könüllü kimi fəaliyyət göstərən şəxslərdir.

Onlar barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, ölkədə minlərlə miqrantın COVID-19 pandemiyası dövründə polis gücü ilə məcburi karantinə alınması və həmin ərazilərdə təhlükəsizliyə riayət edilməməsi uzun müddətdir ki, mübahisə mövzusudur.

Son baş verənlər isə ictimaiyyət tərəfindən qəzəblə qarşılanıb. Artıq günlərdir ki, karantin bölgəsində yaşayan sakinlər etiraz aksiyası keçirirlər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)