Məclis təşkil edən gənclər cərimələndi – FOTObackend

Məclis təşkil edən gənclər cərimələndi – FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, RPŞ-nin və Daxili Qoşunların əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarımtikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyini aşkarlayıblar.

Əməkdaşlar tərəfindən məclis dərhal dayandırılıb. Məclisin iştirakçıları saxlanılaraq RPŞ-nə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.

Qayda pozan gənclərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, onlar 200 manat cərimə ediliblər.

  •  (0)
  •  (0)