Məhkəmə Mənsimovun şirkətinin meneceri barədə qərar verdibackend

Məhkəmə Mənsimovun şirkətinin meneceri barədə qərar verdi

İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən başladılmış istintaq çərçivəsində “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla birlikdə saxlanılan şirkətin meneceri Nuray Nurcihan Perker məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Mənsimov və Perker ötən gün axşam saatlarında İstanbul Ədalət Sarayına göndərilib. Prokurorluqda dindirildikdən sonra Mənsimov və Perker həbs edilmə tələbi ilə məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə Mənsimov barəsində həbs qərarı verib, Perker isə “məhkəmə nəzarəti” şərti ilə azadlığa buraxılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)