Məleykə Abbaszadədən imtahanlara gələn şagirdlərə ÇAĞIRIŞbackend

Məleykə Abbaszadədən imtahanlara gələn şagirdlərə ÇAĞIRIŞ

“Bütün şagirdlər imtahana gələn zaman mütləq maska taxmalıdır”.

OnlinePress.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəyyən vətəndaşlar qaydalara əməl etmirlər:

“Həyat tərzimiz dəyişməlidir. Maska taxılmalı, sosial məsafə saxlanılmalıdır”.

M.Abbaszadə bildirib ki, gələn həftəyə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb:

“Bu gündən iyunun 24-25-də keçiriləcək imtahanlar üçün buraxılış vərəqəsini çap etmək mümkündür. Bunlar dörd növ imtahanlardır. Hər bir rayona aid imtahanlar DİM-in saytında yerləşdirilib. Binaların imtahana hazırlanmasında təhsil işçilərinin çox böyük rolu olub”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)