“Mənə mesajlar gəldi ki, niyə Sabir Rüstəmxanlı burada yoxdur?”backend

“Mənə mesajlar gəldi ki, niyə Sabir Rüstəmxanlı burada yoxdur?”

“Aprel döyüşlərində olduğu kimi bu dəfə də xalq ayaqlandı. Özü də daha güclü bir şəkildə, demək olar ki, bütün kəndlərdə, şəhərlərdə camaat orduya dəstək aksiyasına çıxdı. İzləyirdim və bununla qürur duyurdum”.

OnlinePress.az xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı dünən baş verən hadisələri REAL TV-ə şərh edən zaman deyib. Bildirib ki, gənclər bir daha göstərdi ki, istənilən vaxt düşmən üstünə getməyə hazırdır:

“Xalq “Qarabağ”, “Azərbaycan bölünməz” kimi milli birliyi əks etdirən şüarlarla xalq yürüyüşə çıxdı. Bu, möhtəşəm bir hadisə idi. Bilmirəm necə oldu ki, onlar Milli Məclisin qarşısına yönləndirildilər. Ancaq mənə də mesajlar gəldi ki, niyə Sabir Rüstəmxanlı, eləcə də digər ziyalılar burada yoxdur deyə sorğulayıblar. O, idarə olunmayan bir yürüyüş idi və heç müraciət imkanı da yox idi. Çox arzulayırdım ki, bu yürüyüş dinc formada, sakitcə sonlandırılsın.

Çünki dünən bütün siyasi partiyalar ordunun arxasında olduğunu nümayiş etdirirdilər. Bu da mühüm bir addım idi. Təəssüf ki, içimizdə təxribatçı qüvvələr var və onların Milli Məclisə daxil olub dağıdıcı əməllər törətməsi, polis maşınlarını çevirmələri açıq-aşkar görünür ki, dünənki hərəkatın üzərinə kölgə salmaq idi. Mən bunu heç bir siyasi partiya ilə bağlamıram. Müəyyən radikal qüvvələrin işidir və haradan idarə olunduğunu demək çətindir”.
 

 

  •  (0)
  •  (0)