Milli Məclisdə redaksiya heyəti yaradılıb, parlamentin buraxılması üçün Prezidentə müraciət müzakirə olunur – YENİLƏNİBbackend

Milli Məclisdə redaksiya heyəti yaradılıb, parlamentin buraxılması üçün Prezidentə müraciət müzakirə olunur - YENİLƏNİB-2

Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.

OnlinePress.az xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.

O deyib kİ, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini sədr müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir.

12:09

Milli Məclisin iclası başlayıb.

OnlinePress.az-ın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirə edilir.

09:50

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

OnlinePress.az-ın xəbərinə görə, iclasın gündəliyinə cəmi bir – parlamentin buraxılması ilə bağlı məsələ – daxildir.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və YAP-ı Milli Məclisdə təmsil edən deputat korpusu növbədənkənar parlament seçkisinin keçirilməsi üçün Prezidentə müraciət edib.

  •  (0)
  •  (0)