Millimizin daha bir sabiq üzvü futbolçu karyerasını başa vurdubackend

Millimizin daha bir sabiq üzvü futbolçu karyerasını başa vurdu

Millimizin daha bir sabiq futbolçusu karyerasını başa vurub.

OnlinePress.az-ın xəbərinə görə, bu, 36 yaşlı Rəşad Sadiqovdur.

Ötən mövsümdən “Keşlə” klubunda baş məşqçi Tərlan Əhmədovun köməkçisi işləyən Rəşad Sadiqov həm də futbolçu kimi meydana çıxmaq hüququ əldə edirdi. O, cari mövsüm altı oyunda meydana sonradan daxil olmuşdu.

Ancaq “Keşlə” bu il onun adını iştirak ərizəsinə daxil etməyəcək. Belə ki, vaxtı ilə “Bakı Fəhləsi”, “Şəfa”, “Neftçi”, MOİK, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Zirə” kimi klubların şərəfini qorumuş, millidə 20 oyun keçirmiş Rəşad Sadiqov karyerasını sonlandırmağı qərara alıb.

Qeyd edək ki, ondan əvvəl “Qarabağ”ın kapitanı Rəşad Sadıqov karyerasını bitirmişdi.

 

OnlinePress.az

  •  (0)
  •  (0)