Millimizin futbolçusu rəsmən BƏƏ klubunda – FOTObackend

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda - FOTO

“Qarabağ”dan ayrılan Rişard Almeydanın yeni klubu açıqlanıb.

OnlinePress.az xəbər verir ki, Azərbaycan millisinin braziliyalı üzvü karyerasını BƏƏ-nin “Baniyas” klubunda davam etdirəcək. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Rişard Almeyda 2018-ci ilin yayında Qazaxıstanın “Astana” klubuna keçsə də, ötən ilin yanvarında Ağdam təmsilçisi onu bir illik icarəyə götürüb.

“Baniyas” BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

  •  (0)
  •  (0)