Monteneqro bütün koronavirus xəstələrinin sağaldığını açıqladıbackend

Monteneqro bütün koronavirus xəstələrinin sağaldığını açıqladı

Monteneqro hökuməti ölkədə koronavirus diaqnozu qoyulmuş bütün xəstələrin sağaldığını açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Ölkəmizdə artıq COVID-19-a yoluxmuş insan yoxdur”, – Monteneqro Nazirlər Kabinetinin açıqlamasında bildirilib.

Xatırladaq ki, ölkədə koronavirusa ilk yoluxma halı martın 17-də aşkarlanıb. Buna qədər Monteneqro Avropada koronavirus aşkarlanmayan yeganə dövlət olub.

 

OnlinePress.az

  •  (0)
  •  (0)