Moskvada koronavirusa yoluxma hallarının sayı kəskin azalıbbackend

Moskvada koronavirusa yoluxma hallarının sayı kəskin azalıb

Rusiyanın paytaxtı Moskva şəhərində COVID-19-a qeydə alınan yoluxma hallarının sayı pik həddi ilə müqayisədə 10 dəfə azalıb.

REN TV ölkədə fəaliyyət göstərən operativ qərargaha istinadla xəbər verir ki, artıq ikinci gündür, yeni qeydə alınan yoluxma sayı 600 civarındadır.

Ötən gün ərzində 662 yeni koronavirusa yoluxma halı təsdiqlənib.

Qeyd edək ki, şəhərdə koronavirusa ən çox yoluxma mayın 7-də qeydə alınıb – 6703 nəfər.

 

 

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (0)