Nazirlikdən karantin rejiminə görə iş tapa bilməyən vətəndaşla bağlı AÇIQLAMAbackend

Nazirlikdən karantin rejiminə görə iş tapa bilməyən vətəndaşla bağlı AÇIQLAMA

Sosial şəbəkə səhifələrinin birində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Alim Fəzail oğlu Həşimovun maddi çətinliyinin olması və karantin rejiminə görə iş tapmaqda çətinlik çəkməsi ilə bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən yerində araşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat yayıb.

Sosial şəbəkə səhifələrinin birində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Alim Fəzail oğlu Həşimovun maddi çətinliyinin olması və karantin rejiminə görə iş tapmaqda çətinlik çəkməsi ilə bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən yerində araşdırılıb.

OnlinePress.az xəbər verir ki, bu barədə ƏƏSMN mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat yayıb.

F.Talıblı bildirib ki, Alim Həşimov aprel ayında birdəfəlik ödəmə üçün elektron müraciətini natamam doldurduğundan qeydiyyata alınmayıb:

“Ona və həyat yoldaşı Elvina Həsənəliyevaya haqqı ödənilən ictimai işlər barədə məlumat verilib və bu işlərə cəlb olunmaları təklif edilib. Alim ictimai işlərdə çalışmaq üçün gələn həftə ərzində müvafiq sənədləri təqdim edəcəyini bildirdi. Onunla əmək müqaviləsi bağlanacaq və rəsmi iş yeri ilə təmin ediləcək”.

  •  (0)
  •  (0)