Neymar və Tyaqo Silva Fransadan “qaçdı”backend

Neymar və Tyaqo Silva Fransadan “qaçdı”

Fransanın PSJ klubunun futbolçuları Neymar və Tyaqo Silva koronavirus pandemiyasına görə Braziliyaya qayıdıblar.

Oxu.Az xəbər verir ki, bu barədə ESPN bildirib.

Məlumata görə, fransız klubu bütün oyunçulara özlərini istədikləri yerdə sərbəst təcrid etməyə icazə verib. Onlardan bəziləri Neymar və Silva kimi vətənə qayıtmaq barədə qərar qəbul ediblər.

Digər futbolçular Parisdə qalmağı üstün tutublar. Onların arasında müdafiəçi Markinyos da var. PSJ məşqlərin nə vaxt bərpa olacağı barədə hələ qərar qəbul etməyib.

Qeyd edək ki, COVID-19 infeksiyası ötən ilin sonunda Çində qeydə alınıb. Son məlumatlara görə, koronavirusdan 8 mindən çox insan ölüb.

Fransa çempionatı və başqa aparıcı yarışlar koronavirusa görə dayandırılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)