Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadıbackend

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

Dövlət İmtahan Mərkəzi iyunun 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Mərkəzdən verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahanların təşkil edilməsi üçün 94 imtahan binası, 1539 imtahan zalı, 94 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1999 nəzarətçi – müəllim, 188 buraxılış rejimi əməkdaşı, 94 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, üç şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. İki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İyunun 20-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Doqquzuncu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.

 

OnlinePress.az

  •  (0)
  •  (0)