Nura Suri: “Yaxşı məşuqə ola bilmərəm”backend

Nura Suri: “Yaxşı məşuqə ola bilmərəm”

“Üç ay saçlarıma rəng qoymadım. Qaşlarımı almadım, forması dəyişdi və qalınlaşdı. Üzümə makiyaj etmədim. Üzüm və dərim dincəldi. Dırnaqlarıma boya vurmadım. Ayaqlarım hündürdaban ayaqqabılardan dincəldi. Özümə zaman ayırıb, idmanla məşğul oldum və kitablar oxudum. Övladım Davidə daha çox vaxt ayıra bildim. David onlayn formada dəsrlərini daha yaxşı oxumağa və yüksək qiymətlər almağa başladı. Bu ilin sonunda dörd sertifikata layiq görüldü. O, məktəbə gedəndə dərslərini yaxşı oxumurdu. Buna görə əziyyət çəkirdim. Oğlumun tərbiyəsi ilə daha yaxından və yaxşı məşğul ola bildim”.

OnlinePress.az xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” proqramında qonaq olarkən deyib.

Ana olduqdan sonra özünü tanımağa başladığını söyləyən sənətçi heç kimdən asılı olmağı xoşlamadığını dilə gətirib:

“Ana olanda 19 yaşım vardı. Qızlar universitetdə oxuyanda, mən artıq ana idim. Özümü bundan sonra tanımışam. Ola bilsin ki, yaxşı həyat yoldaşı ola bilməmişəm. Heç zaman yaxşı məşuqə ola bilmərəm. Çünki xarakterimdə birinci olmaq kimi xüsusiyyət var. Arvad olmalıyam, məşuqə yox (gülür).

Xasiyyətimdə bəzi məqamlar var ki, onlar şəxsi həyatımı qurmağa mane olur. Bəlkə də həyat yoldaşlarıma nələrisə güzəştə gedə bilsəydim, həyatım dağılmazdı. Görünür, bu, mənim daxilimdən irəli gəlir. Heç kimdən asılı olmaq istəmirəm, öz ayaqlarım üstə durmağı bacarıram”.

“Həyatda aldığım zərbələr təcrübə və məktəb olub” deyən N.Suri xəyanətdən və keçmiş həyat yoldaşları ilə münasibətindən bəhs edib:

“Əvvəllər zərbələri çox pis keçirdirdim. Lakin indi bu cür zərbələrdən təəssüflənmirəm. Ürəyimə salıb, fikir etmirəm. Emosiyaya qapılmıram. Nəyəsə əsəbiləşib, qışqıra bilərəm. Bu normaldır, çünki emosionalam. Yarım saatdan sonra küsdüyüm insanla yenidən salamlaşıb, danışa bilərəm. Sakit adamlar var… Bilmirsən, nə zaman nə edəcəklər, onlardan qorxuram və çalışıram uzaq olum, ehtiyat edirəm.

İnsan hər zaman özünə xəyanət edir. Dünən fikirləşdiyin bugünkü düşüncələrinlə uyğun gəlmir. Bunu da xəyanət sayıram. Vaxt var idi, həyat yoldaşım vardı və o məni sevirdi. Bir-birimizə deyirdik ki, bir yerdə olmasaq, yaşaya bilmərik. Amma indi mən də, o da ölsək, ürəyimiz ağrımaz. Bu isə özünə xəyanətdir.

Dünyada hər şey müvəqqətidir. Sevgi, etibar, ehtiras, yaxşılıqlar və pisliklər – hər şey müvəqqətidir. Əgər problemim varsa, özümə dərd etmirəm. Çünki dərd çəkməklə o problem həll olunmayacaq. Başımı idmanla və ya dəniz kənarında gəzinti ilə qatıram”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)