Oğlunu və gəlinini öldürən 76 yaşlı şəxsin məhkəməsi başlayırbackend

Oğlunu və gəlinini öldürən 76 yaşlı şəxsin məhkəməsi başlayır

Goranboyda oğlunu və gəlinini öldürməkdə təqsirləndirilən Qasım İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

OnlinePress.az xəbərinə görə, cinayət işi baxılması üşün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd dək ki, hadisə iyul ayında baş verib. 1943-cü il təvəllüdlü Q.İsgəndərov mübahisə zəminidə oğlu Məzahir İsgəndərovu və gəkini Samirə Məmmədovanı qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.

OnlinePress.az

  •  (0)
  •  (0)