Ölkədə təbii qaz ixracından əldə edilən gəlir artıbbackend

Ölkədə təbii qaz ixracından əldə edilən gəlir artıb

2019-cu ildə Azərbaycan 12,537 mlrd. kubmetr təbii qaz ixrac edib.

OnlinePress.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yayımladığı statistikada qeyd olunub.

Gömrük bəyannamələrinə əsasən, 12,537 mlrd. kubmetr təbii qazın dəyəri 2,367 mlrd. ABŞ dolları təşkil edib. Ötən il təbii qaz ixracı Azərbaycanın ümumi ixracının 12,05%-ni əhatə edib.

Xatırladaq ki, 2019-ci ildə ixrac olunan təbii qazın miqdarı 2018-ci il ilə müqayisədə 58,7%, dəyəri isə 57,9% çox olub.

 

OnlinePress.az

  •  (0)
  •  (0)